Türkiyədə yol qəzasında 30 nəfər xəsarət alıb
01.11.2019

Türkiyədə 30 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Visiontv.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, yol qəzası paytaxt Ankarada qeydə alınıb.

Ankaranın Çankaya bələdiyyəsinə məxsus xidməti avtobus yoldan çıxaraq aşıb.

İlkin məlumata görə, hadisə nəticəsində 30 nəfər xəsarət alıb.