Türkiyədə tir avtomobillə toqquşdu - Yaralıların arasında azərbaycanlı da var
25.06.2022

Türkiyədə azərbaycanlının da yaralandığı ağır yol nəqliyyat hadisəsi baş verib.

Visiontv.az xəbər verir ki, Manisa şəhərinin Kula bölgəsində qeydə alınan qəzada 4 nəfər ağır xəsarətlər alıb. 

Onlar 38 yaşlı Deniz Duran, 7 yaşlı Recep Duran və azərbaycan əsilli 13 yaşlı Yılmaz Pirverdiyev olublar.

Qəza 35 yaşlı Qürur Doğanın idarə etdiyi ağır tonnajlı yük maşınının 36 yaşlı Halit Duranın minik avtomobili ilə toqquşması nəticəsində baş verib.

Hadisə şahidləri dərhal təcili yardım və polis əməkdaşlarına xəbər veriblər. 

Hazırda Kula Dövlət xəstəxanasına yerləşdirilən yaralıların vəziyyətinin qənatəbəxş olduğu bildirilib. 

BAKU.WS