Türkiyədə təhsil alan azərbaycanlı tələbələrlə mütəmadi əlaqə saxlanılır - XİN
06.02.2023

Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən Türkiyədə təhsil alan azərbaycanlı tələbələrlə mütəmadi olaraq əlaqə saxlanılır.

Bu barədə Visiontv.az-a XİN-dən bildirilib.

Qeyd edilib ki, əldə edilmiş məlumatlar operativ olaraq mediaya çatdırılacaq.

“Qeyri-rəsmi yayılan məlumatlara istinad edilməməsi xahiş olunur. Zəlzələdən zərər çəkmiş Azərbaycan Respublikası vətəndaşlarının və onların yaxınlarının +905355776168 vasitəsilə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi ilə əlaqə saxlamaları xahiş olunur.

Azərbaycan Respublikasının İstanbuldakı Baş Konsulluğunun əlaqə nömrələri +905366138648


Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğunun əlaqə nömrələri +905527801418, +905075893011”, - məlumatda deyilir.