Türkiyənin Şanlıurfa vilayətində “Çiçəkalan” sərhəd zastavasına edilən hücum nəticəsində 1 əsgər şəhid olub, 4 əsgər yaralanıb.
Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Şanlıurfa qubernatoru Salih Ayhan hücumun PKK terror təşkilatı tərəfindən səhər saatlarında həyata keçirildiyini bildirib.
Salih Ayhan deyib:
“Təəssüf ki, terror hücumu nəticəsində bir əsgərimiz şəhid oldu, 4 əsgərimiz isə yaralandı. Yaralı əsgərlərimiz ilkin müdaxilədən sonra helikopterlərlə Təhsil və Araşdırma Xəstəxanamıza yerləşdirilib. 4 əsgərimizin səhhəti nəzarət altındadır. Hazırda vəziyyətləri qənaətbəxşdir. Təəssüf ki, bir əsgərimiz şəhid oldu. Xalqımızın başı sağ olsun!”
İlahə Əliyeva