Türkiyədə seçkilərin nəticəsi bəlli deyil: Nə qədər ki, Ərdoğan hakimiyyətdədir Azərbaycanda hərbi baza məsələsini reallaşdırmaq lazım
Türkiyədə seçkilərin nəticəsi bəlli deyil: Nə qədər ki, Ərdoğan hakimiyyətdədir Azərbaycanda hərbi baza məsələsini reallaşdırmaq lazım
24.03.2023 Elxan Şahinoğlu Tərəfindən

Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan 2021-ci ilin iyun ayında Azərbaycana səfərdən geri qayıdarkən təyyarədə türkiyəli jurnalistlərdən birinin “Azərbaycan ictimaiyyətində Türkiyənin hərbi baza məsələsində ciddi tələb var.

Şuşa Bəyannaməsidə hərbi baza məsələsi varmı” sualına belə cavab vermişdi: “Bu məsələ bəyannamədən kənarda deyil. Burada daha sonra addımlar ata bilərik”. Yəni Ərdoğan bu cavabı ilə Türkiyənin Azərbaycanda hərbi bazanın yaradılmasını istisna etməmişdi.

Türkiyədə mayın 14-də prezident seçkisi keçiriləcək. Bu seçkilərin nəticəsi bəlli deyil. Ona görə nə qədər ki, Ərdoğan hakimiyyətdədir hərbi baza məsələsini reallaşdırmaq faydalı olar. İran, qarşısında Azərbaycan-Türkiyə hərbi ittifaqının real gücünü görməyincə təxribatlardan əl çəkməyəcək. Türkiyənin Azərbaycanda hərbi bazası Rusiyanı da Azərbaycana qarşı təxribatlardan çəkindirəcək amillərdən birinə çevrilə bilər.

Elxan Şahinoğlu

visiontv.az