Türkiyədə “Omikron” ştammına hələ ki rast gəlinməyib – Fəxrəddin Qoca
02.12.2021

“Türkiyədə koronavirusun yeni `Omicron`ştammına hələ ki rast gəlinməyib.”

Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca, koronavirusla bağlı keçirilən video konfransda deyib.

Konfransdan sonra verdiyi yazılı açıqlamada Qoca, konfransda cənubi Afrikada yaranan `Omikron` ştammı, vaksinasiya proqramı, pandemiyanın izlənməsi və TURKOVAC vaksininin müzakirə edildiyini bildirib.

Türkiyədə hələki "Omikron” ştammına rast gəlinmədiyini söyləyən Qoca, ölkədə bununla bağlı təcili tədbirlər görüldüyünü, ştammın aşkarlandığı ölkələrdən uçuşların müvəqqəti olaraq qadağan edildiyini vurğulayıb.

İlahə Əliyeva