Türkiyədə məktəblər 31 maya qədər bağlı qalacaq
29.04.2020

Türkiyənin Milli Təhsil naziri Ziya Səlcuq təhsil müəssisələrində dərslərin 31 maya qədər başlamayacağını və evdən onlayn dərslərin davam edəcəyini açıqlayıb.

Visiontv.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu müddətdə EBA TV vasitəsilə distant təhsil davam etdiriləcək:

“Ölkəmiz koronavirusla mübarizədədir. Pandemiyanın başladığı vaxtdan bu günə qədər distant təhsilin faydalarını görürük. Ona görə də hazırda bu variant əlimizdəki yeganə seçimdir. Bütün şagirdlərdən və valideynlərdən xahişimiz budur ki, bu günlərdə təhsilə xüsusilə diqqət ayırsınlar”.

Nazir qeyd edib ki, imtahanlarla bağlı şagirdlərə güzəştlər ediləcək, proqramlarda gerilmənin aradan qaldırılmasını üçün müvafiq addımlar atılacaq.