Türkiyədə iyun ayında 16 terror aktının qarşısı alınıb
Türkiyədə iyun ayında 16 terror aktının qarşısı alınıb
04.07.2022 MEDİA Tərəfindən

Türkiyə Daxili İşlər nazirinin müavini İsmail Çataklı iyun ayında 142 terrorçunun zərərsizləşdirildiyini, 16 terror aktının qarşısının alındığını açıqlayıb.

Visiontv.az TRT Haber-ə istinadən xəbər verir ki, Çataklı deyib:

“Çöllük bölgələrdə 8-i iri, 61-i orta olmaqla ümumilikdə 12 min 654 əməliyyat keçirilmişdir. Bu əməliyyatlarda 1-i siyahıdan kənar, 1-i boz, 2-si narıncı, 2-si mavi kateqoriyada axtarışda olan terrorçular da olmaqla ümumilikdə 142 terrorçu zərərsizləşdirilib. İyun ayında 16 terror aktının qarşısı alınıb.

Bundan başqa, iyun ayı ərzində terror təşkilatlarına himayədarlıq etmək və onlarla əlaqədə olmaqda şübhəli bilinən 2 min 791 nəfər nəzarətə götürülüb, 405 nəfər həbs edilib."

İçişleri Bakanlığı: Haziran ayında 16 terör eylemi engellendi

İlahə Əliyeva