Türkiyədə hərbi helikopter qəzası nəticəsində həlak olanların sayı artıb - VIDEO
05.03.2021

Türkiyədəki helikopter qəzasında ölənlərin sayı artıb. “Anadolu” Agentliyinin məlumatına görə, hadisə nəticəsində yaralanan hərbçilərdən daha biri xəstəxanada vəfat edib. Bununla da, qəza sonrası ölənlərin sayı 11-ə çatıb. Hazırda iki hərbçinin xəstəxanada yaralı halda olduğu bildirilir.

Qeyd edək ki, qəzada həlak olanlar arasında Türkiyə Quru Qoşunlarının 8-ci korpusunun komandanı general Osman Erbaş da var.

Mərhum generalın Türkiyədə hərbi PUA sənayesinin inkişafında xüsusi xidmətləri olduğu bildirilir. Bu barədə, məşhur zərbə PUA-larının yaradıcısı Səlcuk Bayraqdar özünün “Twitter” səhifəsində yazıb. Qəzanın səbəbləri hələ ki, açıqlanmayıb.