Türkiyədə DƏHŞƏT - Prezidentin köməkçisi uçqun altında qaldı, çox sayda ölü və yaralı var
05.02.2020

Vanın Baxçasaray rayonunda baş vermiş qar uçqunu nəticəsində ölənlərin sayı 21-ə çatıb.

Visiontv.az Türkiyə mediasına istinadən xəbər verir ki, ölənlərdən 8-i jandarm, 3-ü mühafizəçi, 1-i xilasedici, 9-u mülki şəxs olub.

Bu ana qədər iki dəfə təkrarlanan qar uçqununun altından 30 nəfər xilas edilib.

Türkiyə Daxili İşlər Nazirliyindən verilən məlumata görə, 7 şəhərdən əlavə xilasetmə briqadaları olay yerinə cəlb olunub.

Prezident Rəcəb Tayyib Ərdoğan Daxili İşlər naziri Süleyman Soyluya zəng edərək vəziyyətlə bağlı ən son məlumatları alıb.

Qeyd edək ki, hadisə nəticəsində 5 nəfər ölüb.