Türkiyədə 10 vilayətdə fövqəladə vəziyyətin elan olunması TBMM-də səsə qoyulub
07.02.2023

Türkiyənin zəlzələ baş vermiş 10 əyalətində fövqəladə vəziyyət elan edilməsi məsələsi Türkiyə Böyük Millət Məclisində (TBMM) müzakirəyə çıxarılıb.

Visiontv.az xəbər verir ki, qərar hazırda səsverməyə qoyulub.

Qeyd edək ki, dünən səhər saatlarında və ondan 9 saat sonra Türkiyənin 10 əyalətində 7,7 və 7,6 bal gücündə zəlzələ baş verib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün xalqa müraciəti zamanı həmin əyalətlərə fövqəladə vəziyyət elan edildiyini açıqlayıb.

APA