Türkiyə XİN-də təhvil-təslim mərasimi... Nazir Fidan: “Mənə göstərilən etimada görə təşəkkür edirəm”
Türkiyə XİN-də təhvil-təslim mərasimi... Nazir Fidan: “Mənə göstərilən etimada görə təşəkkür edirəm”
05.06.2023 MEDİA Tərəfindən

13 ildir Türkiyənin MİT rəhbəri vəzifəsini icra edən və yeni kabinetdə ən çox maraqlanılan adlardan biri olan Hakan Fidan xarici işlər naziri vəzifəsini Mövlud Çavuşoğlundan təhvil alıb. Fidan ilk çıxışında milli xarici siyasətə vurğu edərək, “Mənə göstərilən etimada görə təşəkkür edirəm” dedi.

Visiontv.az Hürriyət-ə istinadən xəbər verir ki, təhvil-təslim mərasimindən sonra mətbuata açıqlama verən Çavuşoğlu, nazir Fidana uğurlar arzulayaraq, “Təhvil təslim dövlətdə davamlılığı göstərir, dövlətdə bayraq yarışıdır. Mən də bu bayraq yarışında iştirak etmək, şanlı dövlətimizi və millətimizi təmsil etmək şərəfinə nail olmaq istədim. Əvvəlcə Uca Allahın izni, sonra millətimizin verdiyi səlahiyyət və cənab Prezidentimizin icazəsi ilə o bayrağı təslim almaq Xarici İşlər naziri olaraq bizə nəsib oldu. 2014-cü il avqustun 29-da vəzifə borcumu yerinə yetirməyə böyük şərəflə başladım.

8 il gəzdirdiyim bayrağı əziz qardaşım Hakan Fidana təhvil verirəm. Ən çətin coğrafiyalarda, ən həssas mövzularda dövlətimizin və millətimizin var olmasına birlikdə çalışdıq. uyuruq. Nazirimiz və nazirliyimizin daim əmrində olacağam” deyə bildirib. 
Mərasimdə çıxış edən nazir Fidan, “MİT-dəki 13 illik ağır məsuliyyət tələb edən vəzifəmdən sonra eyni dərəcədə məsuliyyət tələb edən xarici işlər naziri vəzifəsinə təyin olunduğum üçün mənə göstərilən etimada görə cənab prezidentimizə minnətdarlığımı bildirirəm. Bu günü mənim üçün mənalı edən başqa bir səbə isə bu vəzifəni hörmətli nazirimiz Mövlud Çavuşoğlundan təhvil almağımdır. 

Dövlətimizin bütün təsir sferalarından müstəqilliyinə və xalqımızın iradəsinin suverenliyinə əsaslanan milli xarici siyasət vizyonunu bundan sonra da irəliyə aparmağa davam edəcəyəm” deyə qeyd edib. 

Dışişleri Bakanlığında devir teslim töreni... Bakan Fidan: Şahsıma gösterilen güven için teşekkür ediyorum

Dışişleri Bakanlığında devir teslim töreni... Bakan Fidan: Şahsıma gösterilen güven için teşekkür ediyorum

İlahə Əliyeva