Türkiyə Suriya münasibətlərinin normallaşması regiona nə vəd edir?
Türkiyə Suriya münasibətlərinin normallaşması regiona nə vəd edir?
29.12.2022 Məhəmməd Əsədullazadə Tərəfindən

Moskavda baş tutan Suriya üzrə Türkiyə Rusiya danışıqlar prosesində müsbət nəticə əldə edilib. Bunula da İranın da iştirakçı olduğu "Astana" formatı suquta uğradı. Bu danışıqlarda Türkiyəni müdafiə naziri H. Akar və Milli Kəşfiyyat idarəsinin sədri H. Fidan təmsil edirdi. Suriyadan isə, müdafiə naziri təmsil olunurdu. Artıq rəsmi Ankara Suriya hakimiyyəti ilə münasibətlərini normallaşdırmasi istiqamətində addımlar atır.

Dəməşqlə əlaqələrinin normallaşmasında bir neçə aspeltdə Ankaranın əlini gücləndirəcək.

Birınci, Ankara və Dəməşq arasında siyasi münasibətlərin normallaşması PKK/YPG terror təşkilatının Suriyanın şimalında varlığına böyük zərbə vuracaq. Dəməşqlə əlaqələrinin normallaşmasında bir neçə aspeltdə Ankaranın əlini gücləndirəcək. İkinci, Yaxın Şərqdə mövqelərini gücləndirməklə İranın Suriyada varlığını zəiflədəcək. Üçüncü, Türkiyədə Suriya qaçqınlarının təhlükəsiz geri qaytarılması prosesi başlayacaq. Dördüncü, Türkiyənin Rusiya ilə Suriya məsələsində ortaq məxrəcə gəlinməsi, Cənubi Qafqazda sülhün əldə edilməsi istiqamətində müsbət rol oynamaqla Ankaranın regionda əsas oyunçu olmasını şərtləndirəcək. Xüsusilə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasında Ankara Moskva ilə müəyyən razılaşmaya gələ bilər.

Türkiyə və Suriya arasında danışıqların müsbət nticələnməsi, Yaxın Şərqdə təhlükəsizliyin təmin edilməsinə, həm də İsrailin İranla bağlı Suriyada narahatlığına son verəcək. Rusiya Türkiyənin Suriyada rolunu qəbul edir və onunla hesablaşmağa məcburdur. Çünki, Moskva Ukrayna üzləşdiyi hərbi məğlubiyyət fonunda Suriyada müharibə aparmaq üçün Anakara ilə qarşı-qarşıya gəlməkdə tərəddüd etdi.

Məhəmməd Əsədullazadə

visiontv.az