Türkiyə Prezidentinin oğlu: “Azərbaycan dini liderlərin sammitini keçirə biləcək nadir ölkələrdəndir”
14.11.2019

“Azərbaycan dünya dini liderlərinin sammitini keçirə biləcək nadir ölkələrdəndir”.

Visiontv.az-ın xəbərinə görə, bunu Dünya dini liderlərinin II Bakı Sammitində iştirak edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu, Dünya Etnospor Konfederasiyasının prezidenti Bilal Ərdoğan deyib.
Onun sözlərinə görə, dünya dini liderlərinin II sammitini keçirməklə Azərbaycan dünya sülh prosesinə töhfə verir.
 
“Dini liderlərin bir araya gələrək dünyadakı problemləri müzakirə etməsi çox vacibdir”, - deyə B. Ərdoğan qeyd edib.