Türkiyə Prezidenti Trampa məktub göndərib
29.04.2020

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampa məktub ünvanlayıb.

Visiontv.az-ın CNN TÜRK-ə istinadən verdiyi xəbərə görə, Türkiyədən ABŞ-a yola salınan tibbi ləvazimatlarla birlikdə göndərilən məktubda Ərdoğan D. Trampın ABŞ-da yeni növ koronavirusun (COVID-19) yayılmasının qarşısını almaq üçün atdığı addımları təqdir edib.

Türkiyə Prezidenti bildirib ki, bu çətin günlərdə ölkəsi ABŞ-ın yanındadır.