Türkiyə öz siyasətini Azərbaycan xaric, digər ölkələrin maraqlarına görə qurmur
Türkiyə öz siyasətini Azərbaycan xaric, digər ölkələrin maraqlarına görə qurmur
29.06.2022 MEDİA Tərəfindən

Türkiyə İsveç və Finlandiyanın NATO üzvlüyünə qoyduğu vetonu götürdü və bu ölkələrin NATO üzvü olması üçün heç bir problem qalmadı. Hələ bu məsələ gündəmə gələndə qeyd etmişdik ki, İsveç və Finlandiyanın NATO-ya üzv qəbul olunmasına Türkiyənin verdiyi reaksiyanın Rusiya ilə heç bir əlaqəsi yoxdur. Bu ölkələr Türkiyənin tələblərini yerinə yetirsələr NATO üzvü olacaqdır. Belə də oldu.

 Bu, bir daha onu göstərir ki, Türkiyə öz siyasətini Azərbaycan xaric, digər ölkələrin siyasətinə görə qurmur. Türkiyə bu addımı ilə öz seçimini bir daha təsdiqlədi və NATO-nun özünün bilavasitə tərəfdaşı olduğunu göstərdi. Qətiyyəti və doğru zamanda doğru addımı ilə də İsveç və Finlandiyadan istədiklərini ala bildi. Bu, eyni zamanda, NATO-nun digər pkk/ypq-yə dəstək olan ölkələrinin də əl-qolunu bağladı. 

  Bu addım Rusiya-Türkyə münasibətlərinə də müəyyən aydınlıq gətirdi. Rusiya Türkiyənin bu ölkələrə veto qoymasını onunla əlaqəli olmadığını anladı. Bu durumda iki ölkə arasında mövcud olan əlaqələrdə soyuqluq yaranması böyük ehtimaldır. Rusiya üçün halqa bir az da daraldı. NATO daha çox Rusiyanın mərkəzinə yaxınlaşdı. Rusiya isə çarəsiz baxmaqla kifayətləndi.

   Rusiya Ukraynada hələlik əldə etdiyi müəyyən əraziyə görə ümumən itirməyə davam edir. Artıq ölkə defolt elan edilib. Bu, hələlik simvolik olsa da, uzaq perspektivdə Rusiyaya böyük zərbə vuracaq. Hesab edirəm ki, artıq Türkiyənin Rusiyadan uzaqlaşması prosesi başlayır. Türkiyənin İsveç və Finlandiyadan əldə etdiyi şərtlər Rusiyanın Suriyadakı mövqeyinə də zərbə vurdu. Yaxın günlərdə Suriyada yeni əməliyyat keçirilə bilər.

Siyasi şərhçi Azər Qasımov

visiontv.az