Türkiyə ordusu Suriya və İraqda 32 PKK terrorçusunu məhv edib
25.04.2020

“Barış Bulağı" bölgəsində terror təşkilatı PKK/YPG-nin təhlükəsizliyi pozma cəhdlərinin qarşısını aldıq”.

Visiontv.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Türkiyə Müdafiə Nazirliyinin rəsmi "Twitter" səhifəsindən yayılan açıqlamada belə bildirlib.

Açıqlamada qeyd olunub ki,  20 terrorçu uğurlu əməliyyat nəticəsində zərərsizləşdirilib. 

Qurumun "Twitter" səhifəsindəki digər bir məlumatda isə bildirilib ki, İraqın şimalında Türkiyənin hərbi bazası olan bölgəyə edilən hücum nəticəsində Türkiyənin bir hərbçisi şəhid olub, 3-ü yaralanıb. Bölgədə 12 PKK terrorçusu məhv edilib.