Türkiyə MİT PKK-nın “əyalət idarəçisi”ni zərərsizləşdirib
Türkiyə MİT PKK-nın “əyalət idarəçisi”ni zərərsizləşdirib
16.08.2022 MEDİA Tərəfindən

Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) Suriyanın şimalındakı Qamışlıda həyata keçirdiyi əməliyyatla terror təşkilatı PKK-nın Qamışlı “əyalət idarəçisi” adlandırılan "Dijvar Silopi" kod adlı Muhsin Yağanı zərərsizləşdirib.

Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, sərhəd xəttində təhlükəsizlik qüvvələrinə qarşı bir çox terror aktlarının planlayıcısı və icraçısı olduğu bildirilən Yağanın Kamışlıda olduğu müəyyən edilib. Daha sonra bölgədə əməliyyat keçirən MİT terrorçu Yaqanı zərərsizləşdirib. 

1990-cı illərdə terror təşkilatı PKK-ya qoşulan Yağan, Şırnak çölündə törətdiyi terror fəaliyyətindən sonra İraqın Qəndil, Zap, Qara, Metina və Mahmur, eləcə də İranın Kelareş bölgəsində qondarma məsul şəxs səviyyədə fəaliyyət göstərib.

İlahə Əliyeva