Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın şimalında keçirdiyi əməliyyatla terror təşkilatı PKK/KCK-YBŞ-nin “Sincar asayişi üzrə məsul şəxsi” Halid Reşo Kasımı zərərsizləşdirib.
Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, təhlükəsizlik mənbələrindən alınan məlumata görə, MİT-in səhra agentləri İraqın şimalındakı Sincar bölgəsinə sızaraq, Sincar Müdafiə Birliklərinin (YBŞ) “ictimai asayiş zabiti” "Dindar Avesta" kod adlı Kasımın yerini müəyyən edib.
Həyata keçirilən əməliyyatla Kasım və mühafizəçiləri zərərsizləşdirilib.
2014-cü ildə terror təşkilatı PKK-ya qoşulan Kasım, terrorçuların təlimində iştirak edib və təşkilata cəlbetmə fəaliyyətlərində birliklərdən məsul olub. PKK/KCK-YBŞ-nin Sincar “asayiş zabiti” adlandırılan Kasımın bölgədə çox sayda mülki vətəndaşın öldürülməsi əmrini verdiyi bildirilib.
İlahə Əliyeva