Türkiyə ilə BƏƏ arasında siyasi gərginlik
01.05.2020

Birləşmiş Ərəb Əmirliklərinin Türkiyə haqqında açıqlamalarına Türkiyə Xarici İşlər Nazirliyindən sərt cavab gəlib.

Visiontv.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, Türkiyə XİN-in sözçüsü Hami Aksoy BƏƏ rəhbərliyini həddini bilməyə çağırıb:

“Bu ölkə Liviyadakı müxalifəti illərdir ki, silah, hərbi texnika və muzdlu döyüşçü ilə təmin edir. BƏƏ rəhbərliyinin Türkiyə haqqında ittihamları bu ölkənin çirkin əməllərini ört-basdır etmə təşəbbüsüdür. BƏƏ-nin sadəcə Liviyada deyil, Yəmən, Suriya və Afrikada da beynəlxalq sülh və sabitliyi pozan hərəkətləri dünya ictimaiyyətinə məlumdur. BƏƏ rəhbərliyini Türkiyəyə qarşı düşmən münasibətindən əl çəkməyə və həddini bilməyə çağırırıq”.