Türkiyə heyəti İranda
05.08.2021

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop və Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini Numan Kurtulmuş İrana rəsmi səfər edib.

Visiontv.az TRT Haber-ə istinadən xəbər verir ki, Türkiyə heyəti ölkənin 8-ci prezidenti İbrahim Rəisinin andiçmə mərasimində iştirak edəcək. 
Heyəti Təbriz millətvəkili Ruhullah Mütəfəkkir Azad və Türkiyənin İrandakı səfiri Dərya Örs qarşılayıb. 

Mərasimdən əvvəl Şəntop və Kurtulmuş, İranın 8-ci prezidenti İbrahim Rəisi və Məclis sədri Məhəmməd Bağır Qalibaf ilə bir araya gəlib.

Şəntop, Rəisiyə yeni vəzifəsində uğurlar arzu edib. 

Görüşdə Türkiyə-İran münasibətləri barəsində fikir mübadiləsi aparılıb.  

 

Fotoğraf: AA