Türkiyə Hakkaridə şəhid verdi
28.10.2021

Türkiyənin Hakkari bölgəsində hərbi maşın qəzaya uğrayıb. Nəticədə bir nəfər şəhid olub.

Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilir:

“Hakkaridə baş verən hərbi maşın qəzasında əsgər Əbubəkir Sel şəhid olub. Bizləri dərin üzüntüyə qərq edən bu hadisədə həyatını itirən əziz şəhidimizə Allahdan rəhmət, kədərli ailəsinə, Türk Silahlı Qüvvələri ilə xalqımıza başsağlığı və səbr diləyirik." 

Allah rəhmət eləsin!

Hakkari'de bir asker şehit oldu

İlahə Əliyeva