Türkiyə 206 ölkəyə kənd təsərrüfatı və qida məhsulları ixrac edir – Bəkir Pakdəmirli
25.11.2021

“Türkiyə 206 ölkəyə kənd təsərrüfatı və qida məhsulları ixrac edir.”

Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik naziri Bəkir Pakdəmirli, Uludağ İqtisadi Sammitinə göndərdiyi video mesajda deyib. 

Son 3 ildir pandemiya və iqlim dəyişikliyinin kənd təsərrüfatını dərindən sarsıtdığını bildirən Pakdəmirli deyib:

“Türkiyədə kənd təsərrüfatı sahəsində ixracat son 3 ildə 78% artımla 2020-ci ildə 337 milyard lirəyə çataraq, Cümhuriyyət tarixinin rekordunu qırıb. 

Türkiyə, kənd təsərrüfatı sahəsində dünyada 31-ci sırada olmasına baxmayaraq, əldə etdiyimiz dəstəklər və yeni innovasiya fəaliyyətlərimizlə kənd təsərrüfatı ixracatı sahəsində Avropada lider, dünyada isə ilk onluqdayıq. Son 3 ildə ümumi 60 milyard dollarlıq kənd təsərrüfatı və qida məhsulu ixrac etdik. Türkiyə, 206 ölkəyə 2 min 90 çeşid kənd təsərrüfatı və qida məhsulu ixrac edən bir ölkə səviyyəsinə çatıb. Buğda unu ixracatında dünyada birinci, makaron ixracatında isə ikinci sıradayıq.” 

İlahə Əliyeva