“Türk Dövlətləri Təşkilatı hamımızın röyasıydı, gerçək oldu”
“Türk Dövlətləri Təşkilatı hamımızın röyasıydı, gerçək oldu”
16.03.2023 MEDİA Tərəfindən

"Türk Dövlətləri Təşkilatı hamımızın röyasıydı, gerçək oldu. İnstitusional infrastrukturumuzu günü-gündən gücləndiririk, əməkdaşlığımızı yeni istiqamətlərə doğru genişləndiririk."

Visiontv.az TRT Haber-ə istinadən xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Sammiti ərəfəsində mətbuata açıqlama verən Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. 

Çavuşoğlu deyib:

“Ankaraya xoş gəldiniz. Ata yurdunuzdan birgə evimiz Türkiyəyə səfalar gətirdiniz. Tarix sürətlə axıb gedir. Biz məsləhətləşmələrimizi intensivləşdirməliyik. Can Azərbaycan bunu nəzərə alaraq Təşkilatımıza Fövqəladə Zirvə Toplantısı təşkil etməyi təklif etdi. Özbəkistan da öz sədrliyi dövründə bizə ev sahibliyi etmək şərəfini təklif etmişdi. Sammitimizi başqa bir gündəmlə toplamaq istərdik. Lakin əsrin fəlakəti ilə əlaqədar olaraq `Fəlakət-Fövqəladə Halların İdarə Edilməsi və Humanitar Yardım` mövzusunu seçdik.

Ukraynadakı müharibə və Əfqanıstandakı hadisələr bizim təşkilatımızla, dövlətlərimizlə sıx bağlıdır. Ortaq düşüncə ilə tarixin axışında sovrulmağa deyil, onu yönləndirməyə üstünlük verməliyik. Ona görə də birliyimizi gücləndirməyimiz zəruridir.”

İlahə Əliyeva