Türk Dövlətləri Təşkilatı Azərbaycanın Londondakı səfirliyinə hücumu pisləyib
05.08.2022

Türk Dövlətləri Təşkilatı Azərbaycanın Londondakı səfirliyinə hücumu pisləyib.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu barədə TDT məlumat yayıb.

“Radikal dini qruplar tərəfindən Türk Dövlətləri Təşkilatının qurucu üzvü Azərbaycanın Londondakı səfirliyinə qarşı zorakı və qəbuledilməz hücumu pisləyirik. Biz bu vandalizm aktını hərtərəfli araşdırmağa çağırırıq”, - məlumatda bildirilib.