Trans üzgüçülərə qadın kateqoriyasında yarışmaq qadağan edilib
Trans üzgüçülərə qadın kateqoriyasında yarışmaq qadağan edilib
20.06.2022 MEDİA Tərəfindən

Beynəlxalq Üzgüçülük Federasiyası “Fina”da keçirilən səsvermədə trans üzgüçülərin qadın kateqoriyalarında iştirakına qadağa qoyulub.

Visiontv.az Haber Global-a istinadən xəbər verir ki, “Fina” prezidenti Husain al-Musallam transseksuallar üçün ayrıca kateqoriya açmaq üçün çalışacaqlarını bildirib.

152 federasiyanın 71 faizinin səsini qazanan qərar, “Fina” elmi panelinin dərmanların təsiri altında testosteron səviyyələrini aşağı saldıqdan sonra belə trans qadınların normal qadınlara nisbətən daha üstün olduğunu göstərən bir hesabat dərc etdikdən sonra verilib. 

İlahə Əliyeva