Trampın yeni adminstrasiyası İrana qarşı "maksimum təzyiq" siyasətini bərpa etmək niyyətindədir
20.11.2024

"Financial Times" yazır ki, Donald Trampın yeni adminstrasiyası İrana qarşı "maksimum təzyiq" siyasətini bərpa etmək niyyətindədir.

Xəbərə görə Trampın Ağ Evdəki ilk iş günündə imzalayacağı sərəncamlardan biri də İran neftinin ixracı ilə bağlıdır.

Yeni imzalanacaq sərəncamın məqsədi İranın öz proksilərinə yardım imkanlarını azaltmaqdır.

Xəbərdə bildirilir ki, Trampın əvvəlki prezidentliyi dövründə İrana qarşı tətbiq edilən sanksiyalar Bayden adminstrasiyası zamanında qüvvəsində qalsa da onların tətbiq edilməsi üçün ciddi heç bir cəhd olmayıb.

visiontv.az