Tramp Zelenski ilə telefon danışığının mətnini canlı yayımda oxuyacağını deyib
01.11.2019

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Vladimir Zelenski ilə iyulun 25-də baş tutan telefon danışığının mətnini canlı yayımda oxuyacağını deyib.

Visiontv.az-ın xəbərinə görə, ABŞ Prezidenti bu barədə “Washington Examiner” jurnalına bildirib.

“Bu telefon danışığı çox normal idi. Yəqin ki, mən canlı televiziya yayımında qeyri-formal çıxış edərək bu telefon danışığının mətnini oxuyacağam, çünki insanlar bunu eşitməlidir”, o deyib.

Qeyd edək ki, Ukrayna və ABŞ prezidentləri arasında olan bu telefon danışığı Donald Trampa qarşı ABŞ Konqresində başladılan impiçment prosesinin mərkəzində dayanır.