Tramp qubernatora əsəbiləşdi: “Çox danışırsınız, gedin işinizlə məşğul olun”
18.04.2020

ABŞ Prezidenti Donald Tramp Nyu-York ştatının qubernatoru Endryu Kuomonun sözlərinə əsəbiləşib.

Visiontv.az xəbər verir ki, Kuomo koronavirus pandemiyasından ən çox zərər çəkən ştatın Nyu-York olduğunu bildirib:

“Nyu-Yorkda 220 mindən çox virusa yoluxma qeydə alınıb, 12 mindən çox ölüm var”.

Qubernator Trampın başqa ölkələrdən test alınmasına icazə vermədiyini, həmçinin kifayət qədər süni nəfəs aparatı ilə təmin edilmədiklərini söyləyib.

Onun bu sözlərinə Tramp əsəbiləşib və sərt cavab verib:

“Kuomo şikayət etməkdənsə, getsin işi ilə məşğul olsun. Danışmağı dayandırın! Sizə çox sayda tibbi tənəffüs aparatları verdik, özünüz aparmalı olduğunuz halda, testlərə də kömək etdik”.