Tramp Qarabağın separatçı rejiminə yardımı dayandırdı-QƏRAR
22.03.2020

ABŞ Dağlıq Qarabağdakı qondarma rejimə maliyyə yardımını dayandırıb.

Visiontv.az-ın verdiyi xəbərə görə, Amerika Erməni Araşdırmaları Mərkəzinin yaydığı açıqlamada belə deyilir.

"Son aylarda erməni lobbi təşkilatları və konqresmenlərinin fəal səylərinə baxmayaraq, ABŞ-ın Qarabağa dəstək məqsədilə göstərdiyi birbaşa yardımı saxlamaq mümkün olmayıb. Tramp administrasiyası Qarabağda minalardan təmizlənmə proqramını ixtisara salmaq qərarına gəlib",-deyə məlumatda qeyd edilir.

Amerika Erməni Araşdırmaları Mərkəzi Ağ Evin bu qərarını Azərbaycan hakimiyyətinin fəallığı ilə izah edib.

Qeyd edək ki, ABŞ Ermənistandan sonra Dağlıq Qarabağdakı qondarma rejimə birbaşa maliyyə yardımı göstərən ikinci dövlətdir. 2020-ci ildə ABŞ Konqresi Dağlıq Qarabağa 1,5 milyon dollar yardım ayırsa da, Tramp administrasiyası bu təklifi ləğv edib.

Cebhe.info