Tramp maliyyəni kəsməsəydi, Baydenin layihələri üzrə Qəzzaya 50 milyon dollarlıq "prezervativ" göndəriləcəkdi
31.01.2025

Ağ Evin mətbuat katibi Karolin Levitt mətbuat konfransı zamanı Trampın bir çox federal maliyyə layihələrin dondurulmasına bəraət qazandırmaq üçün "sensasiyalı" bəyanat verdi.

Levitt bəyan etdi ki, əgər Tramp maliyyələşməni dayandırmasaydı, yaxın gələcəkdə Baydenin layihələri üzrə Qəzzaya 50 milyon dollar dəyərində qoruyucular(prezervativlər) göndəriləcək idi.

Bəli, USAİD-in həqiqətən belə humanitar proqramı var, amma və lakin...

Guardian Karolin Levittin verdiyi məlumatı "fakt/yoxla" etdi və ortaya çıxan nəticə budur: Yaxın Şərqə həqiqətən qoruyucular göndərilmişdi, amma Qəzzaya yox, İordaniyaya, 50 milyon dollar dəyərində yox, 46000 dollar dəyərində və bu proqramı Bayden başlatmayıb, 2019-cu ildə Tramp başladıb.

Kamran Cəfərov

visiontv.az



Gündəlik

slide 10 to 13 of 8