Tramp koronavirusu 1 dəqiqəyə məhv etməyin yolunu açıqladı
24.04.2020

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, günəş və rütubətin koronavirusu zəiflədə biləcəyini düşünür və COVID-19-a yoluxan xəstələri günəş işığı ilə müalicə etməyi məsləhət görür.

Visiontv.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "USA Today" məlumat yayıb.

Donald Tramp bu mövzuda Daxili Təhlükəsizlik İdarəsi tərəfindən aparılan araşdırmaya istinad edib. Araşdırmada qeyd olunur ki, səthlərdə və havada virusun ömrü günəş işığına və rütubətə məruz qalmaqla əhəmiyyətli dərəcədə azaldıla bilər.

Ağ Ev rəhbəri qeyd edib ki, günəş işığı bədənə çatdırılsa, onda virus bir dəqiqə ərzində məhv olacaq. O, eyni zamanda əlavə edib ki, bu üsulun nə qədər uğurlu olub-olmayacağını bilmir.