Tramp: Kim Çenin vəziyyəti yaxşıdır, komada deyil
24.04.2020

ABŞ prezidenti Donald Tramp növbəti dəfə mətbuatı tənqid edib.

Visiontv.az xəbər verir ki, Tramp Şimali Koreya lideri Kim Çen İnnin səhhətindən danışıb. 

O deyib ki, Kim Çenin səhhəti yaxşıdır: "Kim Çen İnnin vəziyyəti yaxşıdır. Münasibətlərimiz də normaldır. Onun komada olması CNN tərəfindən yayımlanan saxta bir xəbər idi, CNN yalançı xəbərçidir. CNN mənə sual verməsin”.