Tovuzda elektrik cərəyanı 30 yaşlı kişini vuraraq öldürüb
22.09.2022

Tovuz rayonunda balıq ovu zamanı yerli sakini elektrik cərəyanı vurub.

Rayonun İsakənd kənd sakini, 1992-ci il təvəllüdlü Ceyhun Hüseynov elektrik cərəyanı ilə balıq tutan zaman ehtiyatsızlıq edib. Bu vaxt elektrik cərəyanı onu vurub.

C.Hüseynov ağır halda xəstəxanaya aparılsa da, onun öldüyü məlum olub.

Faktla bağlı araşdırmalara başlanılıb.

Report