Tovuzda avtomobil qatarla toqquşub, xəsarət alanlar var - FOTO
24.01.2020

Tovuzda minik maşını qatarla toqquşub.

Visiontv.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə rayonun Dondar Quşçu keçidində qeydə alınıb.

"VAZ" markalı minik maşını dəmir yolu keçidini keçən zaman qatarla toqquşub. Hadisə zamanı 1994-cü il təvəllüdlü İsmaylov İsmayıl Vahid oğlu və 1985-ci il təvəllüdlü Əliyev Hüseyn Əkbər oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.