Torpaqların azad edilməsi Azərbaycanda daxili miqrasiya üzrə yeni dinamika yaradacaq
25.11.2021

Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ölkəmizdə daxili miqrasiya üzrə yeni bir dinamika yaradacaq.

Visiontv.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyi və DMX-nin birgə təşkilatçılığı ilə “Azərbaycanda miqrasiya üzrə Regional Təlim Mərkəzinin yaradılmasına dəstək” layihəsi çərçivəsində Miqrasiya üzrə Regional Təlim Mərkəzinin (MRTM) Yol Xəritəsinin tərtib edilməsi üçün birgə tövsiyələrin hazırlanması məqsədilə keçirilən regional seminarda deyib.

V.Hüseynov bildirib ki, miqrasiya sərhədləri aşan bir fenomendir və son illər COVID-19 ilə əlaqədar çağırışlar göstərir ki, miqrasiya sahəsində yeniliklərə ehtiyac var.