Terrorçulara yardım etməkdə təqsirləndirilən azərbaycanlı beynəlxalq axtarışa verilib
16.11.2019

Rusiya hüquq-mühafizə orqanları terrorçulara yardım etməkdə təqsirləndirilən azərbaycanlı barəsində beynəlxalq axtarış elan edib.

Visiontv.az-ın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib. 

Məlumatda qeyd olunub ki, terrorçuluğa yardım etməkdə təqsirli bilinən Şəki rayon sakini, 1983-cü il təvəllüdlü Zaur Quliyev barəsində dövlətlərarası axtarış elan edilib və saxlanılması üçün İnterpola müraciət olunub.

Hazırda Z.Quliyevin saxlanılması istiqamətində beynəlxalq axtarışlar davam etdirilir.