Təravətli dəri SPF -dən istifadəni zəruri edir-Qadınların Maraqları
22.04.2019

Günəş şüalarının zərərini aradan qaldırmaq üçün OXUmağa dəyər!

Artıq yaz fəsli bizimlədir və bu o deməkdir ki, gözəlliyimizin qeydinə qalmağın və dərimizi qorumağın əsl vaxtıdır. Bunun üçün SPF məhsullarından istifadə etmək vacibdir.  Adı qəribə səslənsə də  SPF-ın   belə deyək qısaca olaraq açıqlaması Günəş Əleyhinə Müdafiə Formulası (Skin Protection Formula) deməkdir. Bu məhsul demək olar ki, bütün gözəllik və dəriyə qulluq məhsulları istehsal edən bütün şirkətlər tərəfindən istifadə olunur. Həmin məhsul dərini günəş şüalarından qoruyur. Ondan istifadə olunmaması dəriyə zərər verə bilər. Nəticədə dəri xərçəngi, dəridə solğunluq və ləkələrin əmələ gəlməsinə səbəb ola bilər.

SPF formullu məhsullar dərini qoruma funsiyasını daşıyıraq , tərkibində bu maddələr mövcuddur:

B3: Dərini bərpa edir və onun nəmləndirilməsini təmin edir.
Likopin: Dərinin ultrabənövşəyi şüalara qarşı qoruma funksiyasını artırır.
Hyalüronik turşu: Dərinin nəmliliyini, elastikliyini və möhkəmliyini bərpa edir.
Katafray qabığı: Bu inqridient təbbi nəmləndiricilik bəxş edən maddələrlə doludur.
Arqan yağı: Günəş şüalarının zərərini aradan qaldırır və dərini daha parlaq və hamar göstərir.

Günəşin şüaları altında qalmaq istədiyiniz müddətdən asılı olaraq müxtəlif səviyyədə SPF faktorları mövcuddur: Bəziləri uzun müddət, bəziləri isə qısa müddət dərini müdafiə etmə funksiyası daşıyır. Məsələn, SPF 20 dərini ultrabənövşəyi şüalardan 20 dəfə artıq qoruma funksiyasına malikdir. Təbii ki, üzərində SPF 50 yazılmış məhsullar daha çox qoruyucu funksiyaya malik olub sizə uzun müddət günəş şüaları altında qalmağa imkan verir.

SPF faktorunun qaraldıcı losyonla birgə istifadə olunması ideal semçim  ola bilər. Çünki bu zaman siz dərinizi yanmadan qorumaqla qaralmasına nail olursunuz.

Beləliklə, əgər dəri qoruyucu kosmetik vasitələri kolleksiyanıza daxil etməyi planlaşdırırsınızsa, o zaman üzərində SPF yazılan vasitələri sınayın!