Tək-tük insandan başqa hər kəsin öz həqiqəti var - Kənan Rövşənoğlu
Tək-tük insandan başqa hər kəsin öz həqiqəti var - Kənan Rövşənoğlu
02.03.2021 Kənan Rövşənoğlu Tərəfindən

2006-cı ildə ilk dəfə Türkiyəyə gedib qayıdanda məşhur jurnalist dostlardan biri təəssüratlarımı soruşdu. Çox yuxarı səviyyədə olmasa da, partiya rəhbərliyi, TV və düşüncə mərkəzlərində, fəallarla görüşmüşdüm.

İlk səfər təəssüratım bu idi ki, Türkiyə siyasi və sosial baxımdan həddən artıq qütbləşmiş ölkədir. Daha sadə izahla desəm, ölkədə camaatlaşma, qütbləşmə var. Dindarların öz kafesi, restoranı, solçuların özünün, millətçilərin öz kafesi var. Bunu aşağı nümunə kimi qeyd elədim, az qala hər sahədə elə idi, bu məni qorxutmuşdu, bu qədər qütbləşmə ilə cəmiyyət necə ayaqda qalır? Bizdə o illərdə yalnız siyasi qütbləşmə vardı, yəni hakimiyyət-hakimiyyətyönlülər, müxalifət və müxalifətyönlülər. Və bizdə sosial, məişət səviyəsinə enməmişdi, çünki mövzu siyasi idi.

Amma orda qütbləşmə daha dərinə enmişdi. Hər camaatın öz qəzeti, öz TV-si, öz istirahət yeri vardı. Bu təəssüratımı dostum da təsdiqlədi.

Amma indi baxıram ki, bizdə də dərininə olmasa da. fikri olaraq belə qütbləşmə gedir. Hər kəsin öz "müqəddəsatı var", xüsusən də sosial şəbəkələrdə hər kəsin öz idealları var, onu tənqid etmək olmaz. Bu səbəbdən burda artıq müzakirələrə qoşulmaq mənasız olur. Tək-tük insandan başqa hər kəs öz həqiqəti var, ona inanır və onu qoruyur.

Visiontv.az