“Təhsil Liqası”na yekun vurulub
20.05.2019

“Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə 2018-2019-cu il mövsümü üzrə 13 yaşadək (U-13) və 15 yaşadək (U-15) basketbolçulardan ibarət komandalar arasında təşkil olunan yarışların final oyunları keçirilib.

“Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə 2018-2019-cu il mövsümü üzrə 13 yaşadək (U-13) və 15 yaşadək (U-15) basketbolçulardan ibarət komandalar arasında təşkil olunan yarışların final oyunları keçirilib.

Azərbaycan Texniki Universitetin İdman Kompleksində keçirilən yarışlarda U-13 liqası üzrə I yeri “Sıçrayış” Basketbol Klubunun, II yeri “Təhsil” Respublika İdman Mərkəzinin 2 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin, III yeri “Təhsil” Respublika İdman Mərkəzinin 10 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin komandası tutub.  U-15 liqası üzrə isə I yeri “Təhsil” Respublika İdman Mərkəzinin 2 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin, II yeri “Təhsil” Respublika İdman Mərkəzinin 9 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin, III yeri “Təhsil” Respublika İdman Mərkəzinin 10 nömrəli Uşaq Gənclər İdman Məktəbinin komandası tutub.

Qaliblər diplom, kubok və medallarla təltif olunub. Müxtəlif nominasiyalar üzrə seçilən basketbolçulara mükafatlar təqdim edilib.

Qeyd edək ki, 2018-ci ilin sentyabr ayından keçirilən yarışlara idman məktəblərindən və basketbol klublarından hər liqa üzrə 12 komanda qatılıb.

Liqaların keçirilməsində məqsəd yaş qrupları üzrə perspektivli basketbolçuların aşkar edilməsi, onların oyun təcrübəsinin artırılması və yığma komandaların müəyyənləşdirilməsindən ibarət olub.