Tədris Terapevtik Klinikasında COVID-19-un müalicəsində əhəmiyyətli olan oksigen generatoru işə salınıb
11.07.2020

Tədris Terapevtik Klinikasında yeni oksigen generatoru işə salınıb.

Azərbaycan Tibb Universitetindən (ATU) Visiontv.az-a verilən məlumata görə, bu qurğu COVİD-19 xəstələrinin müalicəsi üçün çox əhəmiyyətlidir. ATU-nun Tədris Terapevtik Klinikasında oksigen generatorunun quraşdırılması başa çatıb və bu gün işə salınaraq klinikada yatan xəstələri keyfiyyətli və fasiləsiz oksigenlə təmin etməyə başlayıb.

Generatorun işə salınma prosesini Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli də izləyib. Rektor bu qurğunun pandemiya dövründə xüsusilə önəmli olduğunu qeyd edib.