TƏBİB tibbi maskalardan istifadə ilə bağlı vətəndaşlara müraciət edib
14.04.2020

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) qoruyucu tibbi maskalardan istifadə ilə bağlı məlumat yayıb.

Visiontv.az xəbər verir ki, məlumatda maskanı taxmazdan öncə əllərin ən azı 20 saniyə su və sabunla yuyulmasının vacibliyi vurğulanıb.

Qeyd olunub ki, su və sabun olmadığı halda əllər 20-30 saniyə spirt əsaslı antiseptik ilə dezinfeksiya edilməlidir.

Maska qatlı hissəsi çöl tərəfdə qalaraq üst tərəfindəki metal lent burun üzərinə gətirilərək taxılmalıdır.