Tarixdə bu gün: 29 sentyabr İstanbul sazişinin bağlandığı gündür...
Tarixdə bu gün: 29 sentyabr İstanbul sazişinin bağlandığı gündür...
29.09.2022 MEDİA Tərəfindən

Bu gün yenə də təqvimi vərəqləyirik. Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır?

Liviyanı ələ keçirmək istəyən İtaliya ilə Osmanlı dövləti arasında 1911-ci ilin 29 sentyabrında Trablusqarp müharibəsi başlayıb.29 sentyabr 1913-cü ildə İkinci Balkan Müharibəsinin sonunda Osmanlı dövləti ilə Bolqarıstan arasında İstanbul sazişi imzalanıb. Bolqarıstan 5 il sonra həmin gün Selanik Atəşkəsinə əsasən Birinci Dünya Müharibəsindən geri çəkilib.
Çində Yaponiya təhdidinə qarşı millətçi general Çan Kay Şi ilə kommunist Mao Zedonq 1937-ci ilin 29 sentyabrında ortaq hərəkətetmə qərarı veriblər. 1939-cu ilin 29 sentyabrında Polşa əsgərləri Almaniya ordusu qarşısında geri çəkildi: ölkə rəsmən faşistlərə təslim olub.

1941-ci il 29 sentyabrda Ukraynanın paytaxtı Kiyevi işğal edən alman faşistləri Babi Yar qətliamına başladılar: 2 gündə 34 min yəhudi öldürülüb. 1992-ci ilin 29 sentyabrında Türkiyənin Hakkari bölgəsinin Şemdinli rayonunun Derecik Jandarm Polis Bölməsinə hücum edən terrorçulardan 200-ü məhv edildi. Qarşıdurmada 23 türk əsgəri və 5 meşəbəyi şəhid olub..

  “Lehman Brothers” kimi önəmli şirkətlərin iflasından sonra 2008-ci ilin 29 sentyabrından ABŞ-ın “Dow Jones” indeksi 777 xal düşərək tarixi rekorda imza atıb.


                                           29 sentyabrda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:


 Məşhur "Don Kixot" əsərinin müəllifi, ispan yazıçısı Migel de Servantes (Miguel de Cervantes) 1547-ci ilin bu günü dünyaya gəlib. 

 "Nana" və "Germinal" romanlarının dünyaşöhrətli yazıçısı Emile Zola (Émile François Zola) 1902-ci ilin 29 sentyabrında Parisdə vəfat edib.

 

Bünyamin Bünyadzadə

Visiontv.az