Tanınmış din xadimi QMİ-dəki vəzifəsindən istefa verdi
18.06.2021

Qafqaz Müsəlmanları İdarəsində (QMİ) din xadimi tutduğu vəzifədən istefa verib. Təzəpir məscidin axundu, İlahiyyatçı Mircəfər Əyyubov öz istəyi ilə işdən çıxıb.

Qeyd edək ki, o, həmçinin Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Fətva şöbəsinin əməkdaşı kimi çalışıb.Xatırladaq ki, Mircəfər Əyyubov bundan öncə qurumun iclasında məscidlərlə bağlı açıqlanan qaydalara narazılığını bildirməklə gündəmə gəlmişdi.

Olke.az