"Şuşadan inkişaf impulsları" konfransı keçirilib
20.09.2022

Bakıda "Azərbaycanda mədəniyyət iqtisadiyyatı: Şuşadan inkişaf impulsları" adlı beynəlxalq elmi-praktik konfrans keçirilib.

"Azərbaycanda mədəniyyət iqtisadiyyatı: Şuşadan inkişaf impulsları" adlı beynəlxalq elmi-praktik konfrans keçirilib.

Visiontv.az Report.az saytına istinadən xəbər verir ki, tədbirdə mədəniyyət naziri Anar Kərimov, mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, Qarabağ Dirçəliş Fondu İdarə Heyətinin sədri Rəhman Hacıyev, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov və xarici nümayəndələr iştirak ediblər.

A.Kərimov bildirib ki, Azərbaycan artıq özünün ən önəmli səhifələrini yaşayır: "44 günlük müharibədən, torpaqlar azad ediləndən sonra Azərbaycan dövləti qarşısında ərazilərin dirçəldilməsi kimi müqəddəs vəzifə durur. Ən önəmli prosesdən biri də mədəniyyətin dirçəldilməsi, adət-ənənələrin həmin torpaqlara qaytarılmasıdır. Bu gün artıq yaradıcılığın və mədəni dirçəlmənin iqtisadi tərəfini düşünmək lazımdır. Çünki hər yaradıcı insanı yaradıcılığın davamlı olması üçün iqtisadi tərəf də maraqlandırır. Bugünkü tədbir də buna həsr olunub. Hesab edirik ki, dövlət qurumu kimi yaradıcı birliklərə, ittifaqlara müdaxilə etmədən yaradıcı mühitə şərait yaratmalıyıq. Çünki yaradıcı sənayelərin iqtisadiyyata töhfəsi daim gündəmdədir. 2030-cu il üçün prioritet sahələrdən biri də yaradıcı sənayelərdir. Ən vacib məqsədlərimizdən biri yaradıcı sənayelərə özəl sektor tərəfindən investisiya cəlb edilməsi, vergi güzəştlərinin göstərilməsidir".