Şuşada Beynəlxalq Media Forumu - FOTOLAR
Şuşada Beynəlxalq Media Forumu - FOTOLAR
22.07.2022 MEDİA Tərəfindən

22 iyul tarixində Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə Şuşa şəhərində keçirilən “Mediada qlobal trendlər, yeni çağırışlar” Beynəlxalq Media Forumun açılış mərasimi olub. Beynəlxalq Media Forumun əsas məqsədi media sahəsində müxtəlif tendensiyaların qlobal və yerli konteksdə təhlili, aktual məsələlər ətrafında bilik və təcrübə mübadiləsinin təşviqi, həmçinin yerli və xarici media nümayəndələri və subyektləri arasında əməkdaşlığın genişləndirilməsidir.

Forum rəsmi şəxslər və media nümayəndələrinin çıxışları və müəyyən edilmiş panel mövzularının müzakirələri ilə davam edib.

Visiontv.az