Şuşada Azərbaycanla bərabər Türkiyə bayrağı da dalğalanacaq - Çavuşoğlu
20.06.2021

“Rəsmi hazırlıqlarımız başa çatdıqdan sonra Şuşada baş konsulluq açılacaq və Türkiyənin Xarici İşlər Nazirliyi olaraq ən qısa zamanda oraya əməkdaşlarımızı göndərəcəyik və Şuşada Azərbaycanla bərabər Türkiyə bayrağı da dalğalanacaq”.

Visiontv.az-ın xəbərinə görə, bunu Türkiyə Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə iyunun 18-20-də Türkiyənin Antalya şəhərində keçirilən “Antalya Diplomatiya Forumu”nun (ADF) bağlanış mərasimində çıxış edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərin sualların cavablandırarkən bildirib.

APA