Sürücülərə etibarnamə ilə bağlı ŞAD XƏBƏR
20.11.2019

Azərbaycanda yeni mobil etibarnamə sistemi fəaliyyət göstəriləcək.

 

VisionTV.az-ın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə deyib.

Onun sözlərinə görə, sistem noyabrın 22-dən fəaliyyətə başlayacaq: "Vətəndaş avtomobillə bağlı cəmi 5 dəqiqə ərzində istədiyi şəxsə həftənin bütün günü, 24 saat ərzində etibarnamə verə biləcək. Sistemdə vətəndaşın adına olan bütün nəqliyyat vasitə sistemdə çıxacaq. Həmin sistemdə hansı nəqliyyat vasitəsini istəsəniz telefon vasitəsi ilə əldə edə bilinəcək. Ödəniş edildikdən sonra məlumatlar avtomotik olaraq Dövlət Yol Polisinə gedəcək".