Suriyanın şimalında 29 PKK-çı zərərsizləşdirilib
Videonu Aç
Suriyanın şimalında 29 PKK-çı zərərsizləşdirilib
30.06.2022 MEDİA Tərəfindən

Türkiyə Silahlı Qüvvələri (TSK) Suriyanın şimalında 29 PKK terrorçusunu zərərsizləşdirib.

Visiontv.az TRT Haber-ə istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri terrorçuların hücum cəhdlərinə cavab verməyə davam edir.

Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı açıqlamada, Suriyanın şimalındaki “Barış Pınarı”, “Zeytun Budağı” və “Fırat Qalxanı” bölgələrində 29 PKK terrorçusunun zərərsizləşdirildiyi bildirilib. 

İlahə Əliyeva