Suriyalı mülki əhalinin geri qayıtmasının qarşısını alan PKK/YPG ilə mübarizəni davam etdirəcəyik - Çavuşoğlu
Suriyalı mülki əhalinin geri qayıtmasının qarşısını alan PKK/YPG ilə mübarizəni davam etdirəcəyik - Çavuşoğlu
20.05.2022 MEDİA Tərəfindən

"Sabitliyə nail olmaq üçün göstərdiyimiz səylər nəticəsində 500 minə yaxın suriyalı terror təşkilatlarından təmizlənmiş ərazilərə qayıdıb. Mülki əhalinin geri qayıtmasına mane olan PKK/YPG terror təşkilatına qarşı mübarizəmizi davam etdirəcəyik."

Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Miqrasiya İcmalı Forumunda iştirak edən Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. 

2018-ci ildə qəbul edilən Miqrasiya üzrə Qlobal Müqavilənin tarixi bir dönüş nöqtəsi olduğunu və sözlərin hərəkətə keçmə vaxtının yetişdiyini söyləyən Çavuşoğlu, miqrantlara qarşı humanist rəftarın da bu hərəkətin mərkəzində olmalı olduğunu vurğulayıb.

Çavuşoğlu bildirib:

"Sabitliyi təmin etmək üçün göstərdiyimiz səylər nəticəsində 500 minə yaxın suriyalı terror təşkilatlarından azad edilmiş ərazilərə qayıdıb. Mülki əhalinin geri qayıtmasının qarşısını alan PKK/YPG terror təşkilatına qarşı mübarizəmizi davam etdirəcəyik."

İlahə Əliyeva